“Rusiya ABŞ-la münasibətlərini düzəltməkdən ötrü seçkiyə müdaxilə, Britaniyada keçmiş casusa sinir qazı hücumu, Ukrayna və Suriyadakı durumla bağlı Vaşinqtonun narahatlıqlarına cavab verməlidir”
Bunu ABŞ-ın yeni milli təhlükəsizlik müşaviri Con Bolton Rusiyanın səfirinə deyib. Ağ Evin aprelin 19-da yaydığı bəyanata görə, aprelin 9-dan müşavirlik postunda H.R. Makmasteri əvəzləyən Bolton Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonovla görüşüb.
“Onlar ilk görüşlərində Birləşmiş Ştatlarla Rusiyanın münasibətlərini götür-qoy ediblər”, – bəyanatda deyilir.
“Səfir Bolton vurğulayıb ki, daha yaxşı münasibətlər həm Birləşmiş Ştatların, həm də Rusiyanın marağındadır, ancaq bundan ötrü sözügedən problemlər həllini tapmalıdır”, – bəyanatda vurğulanıb. (Azadlıq Radiosu)
MilliYol.Az
Digər xəbərlər
loading...