«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verliyi xəbərə görə, Suriya Ərəb Respublikasının (SƏR) Prezidenti Bəşər Əsəd «Fəxri legion» adlı Böyük xaç ordenindən imtina edib
Əsəd bu ordenlə hələ 2001-ci ildə təltif olnmuşdu. Mükafatı Parisdə ona Jak Şirak təqdim etmişdi.
İndi orden Rumıniyanın Dəməşqdəki səfirliyinə qaytarılıb. Səfirlik müvəqqəti olaraq Fransanın Suriyada maraqlarını təmsil edir.
Suriya prezidentinin dəftərxanasından verilən xəbərə görə, Əsədin bu addımı yaxın günlərdə ölkənin hərbi obyektlərinə raket zərbələri endirilməsi ilə bağlıdır. Ötən həftə keçirilmiş bu əməliyyatda ABŞ, Britaniya və Fransa iştirak edib.
Göründüyü kimi, Əsədin bu addımı reaktiv olduğu qədər də, mənasız görsənir, nədən ki, ordeni alanda baxmaq lazım idi ki, «xaç» olduğunu görəsən. Xaçı öpüb də 17 il keçəndən sonra geri qaytarmaq, yumşaq desək, böyük riyakarlıqdır…
MilliYol.Az
Digər xəbərlər
loading...