Neftçalanın Kürqarabucaq kəndinin sakini özü-özünə bıçaq xəsarəti yetirib
Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, 32 yaşlı Cahangir Əsəd oğlu Quliyev özü-özünə qarın nahiyəsindən bir bıçaq zərbəsi vurub. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi deyilir. Belə ki, C.Quliyevin həyat yoldaşı 2 azyaşlı övladından birini özü ilə götürərək Lerik rayonundakı ata evinə gedib, o da buna etirazını özünü bıçaqlamaqla bildirib.
Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən C.Quliyevin vəziyyəti hazırda yaxşıdır.
Faktla bağlı araşdırma aparılır.
MilliYol.Az
Digər xəbərlər
loading...