İsrailin baş naziri Binyamin Netanyahu bildirib ki, 6 ölkə İsraildəki səfirliyini Qüdsə köçürməyə hazırdır
“Report”un məlumatına görə, bu barədə “The Times of Israel” xəbər verib.
“Şadam ki, 6 ölkə bizə ciddi şəkildə səfirliklərini Qüdsə köçürəcəklərini deyiblər. Qvatemala sağ olsun ki, bunu edib. İndi sizin pəncələriniz üzərində başqaları gedəcək”, – deyə o bildirib.
Daha əvvəl Fələstin prezidenti Mahmud Abbas ABŞ-ın İsraildəki səfiri barədə kəskin ifadələr işlədib.
ABŞ-la Fələsin arasında münasibət prezident Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasından sonra pisləşib.
MilliYol.Az
Digər xəbərlər
loading...