Bakı Apellyasiya Məhkəməsində MTN generalı Elçin Quliyev və polkovnik Azər Mehdiyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Sahibxan Mirzəyevin icraatında olan prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib. General və polkovnikə güzəşt edilməyib.
Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə E.Quliyev 10 il 6 ay müddətinə, polkovnik A.Mehdiyev isə 8 il müddətinə azadlıqdan məhrum edilib.
Digər xəbərlər
loading...