Üç nəfərdən ibarət dəstə üzvü Fizuli rayon sakinini silahla hədələyərək onun külli miqdarda pul və qızıl-zinət əşyalarını ələ keçiriblər
Sputnik.az xəbər verir ki, cinayətin qurbanı olan Fizuli rayon sakini, 2000-ci il təvəllüdlü R.Azər Bakı şəhər Baş Polis İdarəsinə müraciət edib. O, müraciətində 2016-cı ildən etibarən mütəmadi olaraq bir qrup şəxs tərəfindən pul və qızıllarının əlindən alındığını bildirib.
Şikayət əsasında üç nəfər - Bakı şəhər sakini 1991-ci il təvəllüdlü Rahid Tarverdiyev, 1992-ci il təvəllüdlü Şirvan şəhər sakini Famil Qafarov və 1993 il təvəllüdlü Astara rayon sakini Elmar Əliağazadə məsuliyyətə cəlb olunublar. Məlum olub ki, bu üç nəfər yeniyetmədən üst-üstə 359 min dollarlıq (610 min manatdan çox) qızıl-zinət əşyalarını ələ keçiriblər.
Belə ki, cinayətkarlar əvvəlcə fırıldaq yolu ilə Rüstəmovdan 1000 dollar və və 139 260 dollar dəyərində qızıl-zinət əşyaları qopara biliblər. Sonradan Famil Qafarov oyuncaq silahla Rüstəmovu hədələyərək onun 219 min 800 dollar dəyərində qızıl məmulatlarını ələ keçirib. Aprelin 18-də adları çəkilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178 -ci (dələduzluq) və 182-ci maddələrlə (hədə-qorxu ilə pul tələb etmə) maddələri ilə cinayət işi qaldırılıb.
Hazırda külli miqdarda qızıl-zinət əşyalarını 16 yaşlı yeniyetmənin haradan əldə etməsi də müəyyənləşdirilir. İlkin ehtimala görə 359 min dollarlıq qızıl məmulatları yeniyetmınin atasına məxsus olub. Amma bu yeniyetmənin atasının nə işlə məşğul olduğu haqda məlumat yoxdur. Virtualaz.org hüquq-mühafizə orqanlarından bu müəmmalı cinayət hadisəsinin təfərrüatlarını araşdırmağa çalışır.
MilliYol.Az
Digər xəbərlər
loading...