Müğənni Elariz Məmmədoğlunun xalq artisti Aygün Kazımova və əməkdar artist Röya Ayxanla bağlı verdiyi açıqlama cavabsız qalmayıb
Axşam.az-ın məlumatına görə, Elariz “Show time” verilişində bildirib ki, Türkiyədə nə Röyanı, nə də Aygünü tanıyırlar. O, hətta Günel Zeynalovanın da məşhur olmadığını iddia edib.
Elarizin açıqlamasına Röya sosial şəbəkədə cavab verib. O, İnstaqramında öz və A.Kazımovanın fotosunu yayımlayaraq bunları qeyd edib:
“Elariz, Allah səni güldürsün. Dua et ki, biz varıq və sənə sual tapmırlar, bizi soruşurlar. Bir söz deyim, orada demək olar ki, media, sənəti anlayan insanlar Aygünü də, məni də, Güneli də tanıyır. Nə isə, onu boş ver. De görüm, nə var, nə yox?”.
Qeyd edək ki,Elariz sözlərinə bunları əlavə etmişdi:
"Allah işlərini avand eləsin. Amma Türkiyədə mövcud olan müğənnilər var ki, onların sırasında yoxdular. Ola bilər ki, onlar 3-5 dəfə Türkiyəyə gediblər, verilişdə çıxış ediblər və Bakıya qayıdıblar. Amma orada ekstralar, sifarişlər yəni səhnədən pul qazanmaq, bunlar yoxdur axı. Çünki Türkiyənin ərazisi Azərbaycandan 10 dəfə böyükdür. Orada pul əmtəəsi bizdən çoxdur. Azərbaycanda klipi 3 min manata çəkdirmək olar, Türkiyədə yox. Orada hər şey 30-40 mindən başlayır. Türkiyə şou-biznesinə girmək üçün böyük pullar qoymaq lazımdır. O böyük pullar da bizim müğənnilərdə yoxdur. Toya ən baha 15 minə gedirlər. O böyük pullar bizdə olmadığına görə oranın şou-biznesinə qatılmaq barədə danışa bilmərik. Real danışmağı sevirəm, yalandan deyim ki, ay biz gedərik, nə bilim nə".
MilliYol.Az
Digər xəbərlər
loading...