Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇX) rəisi Arzu Rəhimovun yarıtmaz fəaliyyətinə dair mətbuatda vaxtaşırı məlumatlar dərc olunur.
Media bu qurumun sağlam çağırışçıların əvəzinə xəstə çağırşçıları xidmətə yollaması, bəzi savadlı zabitləri qanunsuz olaraq işdən azad edib, təqaüdə göndərməsi və Əfqanıstanı xəritədə belə görməyənlərin bu qurumda "Əfqanıstan veteranı” kimi qeydiyyatdan keçməsi kimi özbaşınalıqlara toxunub. Buna rəğmən hələ ki, yazılanlardan bir nəticə çıxmır. Maraqlıdır, korrupsiya və rüşvətə bulaşmış SHXÇX-nın yol verdiyi başıpozuqluqlara nə zaman son veriləcək?
Mövzuyla bağlı sualımızı cavablandıran Milli Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri savash.org-a söyləyib ki, bu xidmət yaranandan bəri çox böyük qüsurlara yol verib: "Baxın, zaman-zaman sağlam çağırışçıların yerinə xəstə çağırşçıların xidmətə göndərilməsi halını müşahidə edirik. Hətta bu qurumun sağlam deyib ordu sıralarına göndərdiyi əsgəri Müdafiə Nazirliyi dəfələrlə bir neçə aydan sonra geri qaytarmaq məcburiyyətində qalıb. Bu da A. Rəhimovun normal işləmədiyinin aydın təzahürüdür”.
Ekspert sözügedən qurumda korrupsiya hallarının olmasını da istisna etmir: "Çünki belə hallar yalnız rüşvət və korrupsiyanın kök saldığı yerlərdə yaşana bilər. Onu da nəzərinizə çatdırım ki, Müdafiə Nazirliyinin işləməsi məhz bu sistemdən asılıdır. Yəni, ordu sıralarına sağlam gənclər çağırılmalıdır. Belə olan təqdirdə, xidmətdə xəstəliklərin sayı az olar. Əsgərlərimiz öz xidmətlərini daha sağlam şəkildə yerinə yetirərlər. Ona görə də əsgəri xidmət səfərbərlik sistemindən başlayır. A. Rəhimov ora ona görə qoyulmayıb ki, korrupsiyanı inkişaf etdirsin. Zənnimcə, prezidentin tələbi ilə həmin idarədə ciddi təmizləmələr aparılmalıdır. Bu cür özbaşınalıqlar və qohumbazlıqlar ortadan qalxmalıdır. Həmin idarədə mütləq təmizlənmələrə başlanılmalıdır. Ora qanunauyğun iş görən sağlam kadrlar gətirlməlidir. Əks halda bu cür başıpozuqluq davam edəcək”.
Qeyd edək ki, Əfqanıstanı xəritədə belə görməyənlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli Rayon Şöbəsində "Əfqanıstan veteranı” kimi qeydiyyatdadırlar.
MilliYol.Az
Digər xəbərlər
loading...