Şamaxıda yenə sürüşmə baş verib
ARB Şəki xəbər verir ki, Şamaxı-Pirqulu-Dəmirçi avtomobil yolunda asvalt örtüyündə iri çatlar, çökmələr əmələ gəlib.
Asvalt örtüyü ortadan bölünərək iki hissəyə ayrılıb. 3 kəndi birləşdirən yolda ilk dəfədir ki, sürüşmə prosesi yaşanıb. Pirqulu Dəmirçi yolu rayon mərkəzindən 22 kilometr uzaqlıqda yerləşir. Sürüşmə yolun üç hissəsində qeydə alınıb. Ən böyük sürüşmə yolun 3-cü kilometrindədir. Yerli sakinlərin sözlərinə görə, çatların həcmi hər gün daha da artır.
Fikrət Mustafayev – Sakin: “Dünən də burada olmuşam. Bu gün də maşını saxladım. Sürüşmə 5-6 metr artıb”.
Turizm əhəmiyyətli Pirqulu-Dəmirçi yolu ötən il yenidən qurularaq istifadəyə verilib. Bu yol həm də yeni çəkilməkdə olan Dəmirçi–Lahıc yoluna aparır.
Digər xəbərlər
loading...