İran hökuməti beynəlxalq hesablaşmalarda dollardan imtina edərək bütün ölkəxarici pul köçürmələrində və dövlət qurumlarının rəsmi hesabatlarında avroya keçilməsi barədə qərar qəbul edib
“İnterfax” xəbər verir ki, bu barədə hökumət bəyanat yayıb.
“Bütün nazirliklər, dövlət təşkilatları və şirkətlər statistikalarını, məlumat və maliyyə göstəricilərini (beynəlxalq pul köçürmələri ilə bağlı) açıqlayarkən öz hesabatlarında avrodan istifadə etməlidir,” – deyə məlumatda bildirilir.
Qeyd edək ki, dollardan imtina edilməsi ilə bağlı qərar Nazirlər Kabinetinin görüşündə ABŞ-ın Tehrana qarşı tədbirlərinə cavab olaraq qəbul edilib.(virtualaz.org)
Digər xəbərlər
loading...