Türkiyənin Kütahya vilayətində məktəblərin birində kütləvi zəhərlənmə baş verib
Trend-in məlumatına görə, 167 nəfərin ürəkbulanma və qusma simptomları ilə xəstəxanaya yerləşdirildiyi bildirilib. Onlardan 3 nəfərinin müəllim olduğu deyilir.
Hazırda xəstəxanaya yerəşdirilən şagird və müəllimlərin vəziyyəti normal olaraq qiymətləndirilir.
Zəhərlənmənin keyfiyyətsiz qida səbəbindən baş verməsi ehtimal edilir. Hadisə ilə bağlı cinayət işi açılıb.
Digər xəbərlər
loading...