Ermənistanın Gümrü şəhərində polislə ölkənin keçmiş prezidenti Serj Sarqsyanın baş nazir seçilməsinə qarşı olan etirazçılar arasında toqquşmalar baş verib
RİA "Novosti" xəbər verir ki, etirazçılar şəhərin mərkəzi küçələrini bağlamağa çalışıblar, lakin polis onların bu istəyinin qarşısını alıb.
Aksiyalar həmçinin Şirak vilayətinin administrasiya binası, eləcə də orta peşə məktəblərindən birinin qarşısında keçirilib.
Etirazçılar təhsil müəssisəsində oxuyanların da mitinqə qatılması üçün məktəbin qapılarını açmağı tələb ediblər. Polislə qısa mübahisədən sonra məktəbin qapıları açılıb.
Qeyd edək ki, Ermənistanın şimalındakı Gümrü şəhərində MDB-nin inteqrasiya olunmuş hava hücumundan müdafiə sistemi çərçivəsində döyüş növbəsi çəkən Rusiyanın 102-ci hərbi bazası yerləşdirilib.
Digər xəbərlər
loading...