Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi müəyyənləşib
APA-nın məlumatına görə, iclas aprelin 24-də baş tutacaq.
İclasın gündəliyinə Azərbaycanda insan alverinə qarşı mübarizə ilə bağlı illik hesabat, yeni hazırlanmış “Məşğulluq haqqında” qanun layihəsi, “Peşə təhsili haqqında” qanun layihəsi, “Telekommunikasiya haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Televiziya və radio yayımı haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında”, “Mədəniyyət haqqında”, “Məlumat toplularının hüquqi qorunması haqqında”, “Memarlıq fəaliyyəti haqqında” qanunlara və sair sənədlərə dəyişikliklər daxildir.
Digər xəbərlər
loading...