Ermənistan prezidenti Armen Sərkisyan Serj Sərkisyanı baş nazir təyin edib. Bununla yeni hökumətin qurulmasına yol açılıb
Novator.az bildirir ki, ən geci 15 gün ərzində formalaşacaq yeni hökumətin baş nazirin birinci müavinindən, 2 müavinindən və 18 nazirdən ibarət olması nəzərdə tutulur. Təyinatları baş nazirin təqdimatı ilə prezident gerçəkləşdirməlidir.
Üzvlərin azı üçdə ikisi təsdiqləndikdə hökumət formalaşmış sayılır. Fəaliyyətə başlayanda hökumət üzvləri prezidentin hüzurunda and içir.
Hakim Respublika Partiyasının sədri olan Serj Sərkisyan aprelin 17-si parlamentdə baş nazir seçilib. O, 105 deputatı olan Milli Məclisdə 77 nəfərdən dəstək alıb.
Aprelin 9-da tam qüvvəyə minmiş yeni konstitusiyaya görə, Nazirlər Kabineti icra hakimiyyətinin ali orqanı, baş nazir dövlət idarəçiliyinə ümumi rəhbərliyi həyata keçirən ali vəzifəli şəxsdir.
Serj Sərkisyan 1954-cü ildə Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətində doğulub. Azərbaycana qarşı işğalçı müharibənin qaniçən liderlərindən biridir. 1989-cu ildən Dağlıq Qarabağ separatçılarının komandanı, 1993-cü ildən Ermənistanın müdafiə naziri olub.
1995-2008-ci illərdə Serj Sərkisyan Dövlət Təhlükəsizliyi İdarəsinin rəisi (sonradan milli təhlükəsizlik naziri), daxili işlər və milli təhlükəsizlik naziri (sonradan yenə milli təhlükəsizlik naziri), Prezident Aparatının rəhbəri, Milli Təhlükəsizlik Şurasının katibi (eyni zamanda müdafiə naziri), baş nazir kürsülərini tutub. 2008 və 2013-cü illərdə prezident seçilib.
Digər xəbərlər
loading...