Azərbaycanda 2018-ci ilin yanvar-mart ayları ərzində 1 480,3 kq qızıl hasil olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,1 dəfə çoxdur
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 1 aprel 2018-ci il tarixinə hazır məhsul ehtiyatı 58,6 kq təşkil edib.
Bu ilin birinci rübündə gümüş hasilatı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,9 dəfə artaraq 221,2 kq-a çatıb.
Qeyd edək ki, Azərbaycanda 2017-ci il ərzində 2016-cı illə müqayisədə 3,4 dəfə çox - 6,391 ton qızıl hasil olunub.
Hazırda Azərbaycanda qızıl Daşkəsən (“AzerGold” QSC tərəfindən) və Gədəbəy (Böyük Britaniyanın "Anglo-Asian Mining” şirkəti tərəfindən) rayonlarında hasil olunur.
“Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, Britaniya şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.
Digər xəbərlər
loading...