Türkiyədə dövlət çevrilişi etməkdə ittiham olunan Fətulla Gülənə Azərbaycandan “himmet parası” yollayan şirkətlərdən biri “NANO elektroniks” mağazalar şəbəkəsidir.
Bu barədə MilliYol-a daxil olan məlumata görə Azərbaycanda Fətullah Gülənin iqtisadi ayaqlarından biri də şəhərin bir neçə istiqamətində fəaliyyət göstərən və məişət texnikası satan “NANO elektroniks” yarandığı gündən Fətullah Gülənə “himmet parası” ödəyir.
MilliYol-a daxil olan məlumatda qeyd olunur ki, “NANO elektroniks” Fətulla Gülənin Azərbaycandakı “imamlarından” biri olan “İpək Yolu” Sahibkarlığın İnkişafına Dəstək İctimai Birliyinin baş katibi Sərraf Nəzərovun nəzarəti altında fəaliyyət göstərən biznes qurumudur. Ümumiyyətlə isə “Fətullahçı” iş adamları “himmet paraları”nı Sərraf Nəzərova ödəyir, o isə aldığı pulun miqdarını göstərən qəbz verir. Daha sonra isə toplanan pullar Pensilvaniyaya - FETÖ liderinə göndərilir. Fətulah Gülənə “haqq” verən şirkətlərdən biri də məhz “NANO elektroniks” hesab olunur.
Daxil olan məlumatda göstərilir kiolan “İpək Yolu” Sahibkarlığın İnkişafına Dəstək İctimai Birliyində birləşən iş adamları Azərbaycandakı əksər gəlirli sahələri öz inhisarına götürüb, dövlət təminatlı bir çox layihələrin icrasına rəhbərlik edir. Bütün bunlar isə yüksək vəzifə tutan “fətullahçıl” məmurların sayəsində mümkün olub.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
MilliYol.az
Fotolar
Digər xəbərlər
loading...