Almaniyada klinikaya yerləşdirilən Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərin müalicəsi davam edir
Novator.az-a danışan həyat yoldaşı Aida Qəmbər İsa Qəmbərin səhhətinin yaxşı olduğunu deyib.
61 yaşlı İsa Qəmbər milli azadlıq hərəkatının liderlərindən biridir. 1990-1995-ci illərdə parlamentin deputatı, 1992-1993-cü illərdə Milli Məclisin sədri olub, 1992-ci il mayın 18-dən iyunun 17-dək prezident səlahiyyətlərini icra edib.
1992-2014-cü illərdə Müsavat Partiyasının başqanı postunu tutub.
İsa Qəmbər bu ilin yanvar və fevral aylarında Bakıdakı Mərkəzi Klinik Xəstəxanada, fevralın sonundan mart ayının ortalarınadək Türkiyə paytaxtı Ankaranın Hacettepe Universitetinin xəstəxanasında ürəyindən müalicə olunub, aprelin 4-də Almaniyaya gedib.
Digər xəbərlər
loading...