Aparıcı Şəhla Vakkas keçmiş nişanlısı, müğənni Tunar Rəhmanoğludan danışıb
Axşam.az-ın məlumatına görə, Çiçək ləqəbli aparıcı “Hər şey daxil” verilişində deyib ki, son günlər adının Tunarla yanaşı yazılmasına əsəbiləşir:
“Tunarla ayrılmağımızdan 17 il keçib. Biz Tunarla nişanlı olanda mənim 18 yaşım var idi. 7 aydan artıq nişanlı qalmadıq, ayrıldıq. Günel (bacısı, müğənni Günel Zeynalova – red.) verilişimə gələndə tanış olmuşduq. Tunarın mənə olan sevgisinə “Məcnun sevgisi” deyilirdi. Ailə həyatı qurdum, 9 yaşında oğlum var. Tunarın indiyənə qədər evlənməməsi ən çox mənim anamı üzürdü.
Xahiş edirəm, imkan verin o da ailə həyatı qursun. Özümü onun nişanlısının yerinə qoyuram, xoş deyil. Gözəl bir xanımla nişanlanıb. Ən xoş günündə belə nişanlısının adının yanına Çiçək yazılması yaxşı deyil”.
Qeyd edək ki, Tunar bir neçə gün əvvəl Ülviyyə adlı xanımla nişanlanıb.
MilliYol.Az
Digər xəbərlər
loading...