Çiçək ləqəbli aparıcı Şəhla Vakkas həmkarı Zaur Kamaldan danışıb
Axşam.az-ın məlumatına görə, Çiçək “Hər şey daxil” proqramında həmkarının toy qiymətini açıqlayıb. O bildirib ki, Zaurun bir çox mənfi xüsusiyyətləri var:
“Toya 4 min dollara (6800 manat) gedir. Bizim ortaq işlədiyimiz layihələr, verilişlər olur. Mənə zəng vurub onlara qarşı qızışdırır”.
Proqramın aparıcısı Tarix Əliyev (Tolik) isə “Hər zaman da ağlayır və müğənniləri qınayır. Toya apardığı müğənnilərdən də pul alır. Zauru verilişimə çağırdım gəlmədi. Dedi ki, kompleksim var, başqa verilişə getmirəm” deyib.
MilliYol.Az
Digər xəbərlər
loading...