Vətəndaş Müqaviləsi Partiyasının lideri Nikol Paşinyan çərşənbə axşamı Erevanın Fransa meydanında bildirib ki, "məxməri, xalq və dinc inqilaba başlayır"
"Ölkədə inqilabi vəziyyət yetişir. Gümrü, İcevan, Vamadzor, Kapan və Metsamor şəhərlərində etirazçılar küçələri və dövlətlərarası yolları bağlayır. Adamlar işə getmir, kütləvi tətillər başlayıb", - N.Paşinyan bildirib.
Bu dəqiqələrdə Ermənistan parlamentində xüsusi iclas davam edir. İclasda yeni baş nazir seçiləcək. Yeganə namizəd Ermənistanın keçmiş prezidenti Serj Sarqsyandır.
O, deputatların suallarını cavablandırır. Radikal müxalifət kütləvi yürüş keçirir. Bütün mərkəzi küçələr iflic vəziyyətindədir.-02D-
MilliYol.Az
Digər xəbərlər
loading...