"Vergi Məcəlləsinə və bir sıra digər qanunvericilik aktlarına təkmilləşdirmənin həyata keçirilməsi istiqamətində işlər aparılıb"
Bunu vergilər naziri Mikayıl Cabbarov bildirib.
Nazirin sözlərinə görə, kiçik və orta sahibkarlığa tətbiq edilən vergi yükünün, vergi inzibatçılığının əhəmiyyətli dərəcədə yüngülləşdirilməsi və bununla da ölkədə sahibkarlıq fəaliyyətinə dəstək verilməsi əsas tapşırıqlardandır.
"Orta və iri müəssisələrə gəldikdə, vergi qanunvericiliyinin əsas istiqamətləri həmin müəssisələr tərəfindən öz fəaliyyətinin, daxili hesabatlılığının və şəffaflıq səviyyəsinin artırılmasına və ölkənin vergi qanunvericiliyinin tələblərinə uyğunlaşdırılmasından ibarətdir. Bu da bir tərəfdən onların rəqabət qabiliyyətliliyini, digər tərəfdən vergi ödənişlərinin sabitliyini və büdcədən müəyyənləşdirə bildiyini və nəhayət dövlət büdcəsinin müvafiq gəlirlərin zəmanəti olacaqdır ki, bu da öz növbəsində dövlətin sosial infrastruktur cari xərclərinin vaxtı-vaxtında yerinə yetirilməsi üçün zəmin yaradacaq. Sadə dillə desək, vicdanlı vergi ödəyicisi ilə qanunu pozmağa çalışan vergi ödəyicisi arasında həm qanunvericilikdə, həm də inzibatçılıqda fərq getdikcə artacaq", - deyə nazir əlavə edib.
MilliYol.Az
Digər xəbərlər
loading...