Avqustun 16-da saat 14.30 radələrində Bulvarda daha bir intihara cəhd hadisəsi baş verib. Bu barədə Qaynarinfo.Az-a Bakı Bulvar Mühafizə İdarəsinin rəisi Ehtiram Səfərov məlumat verib.
O bildirib ki, gənc qız özünü dənizə atıb. Bu zaman bir nəfər onu xilas etmək üçün suya atılıb. Lakin o. buna nail ola bilməyib. Əksinə özü də suda batmaq təhlükəsi ilə üz-üzə qalıb. Bulvar Mühafizə Xidmətinin əməkdaşı Yaqub Heydərov onları xilas edə bilib.
Hadisənin şahidi olan "Facebook" istifadəçisi isə bildirib ki, qız selfi çəkmək istəyəndə suya yıxılıb. Yanındakı oğlan isə onu xilas etmək üçün suya atılıb. Bundan sonra Bulvar Mühafizə Xidmətinin əməkdaşı onları xilas edib.
MilliYol.Az
Digər xəbərlər
loading...