Zəminə Nəzərova kimdir və kimin adamıdır?
Son günlər radikal müxalifətin bir neçə mətbuat orqanında Masallı rayonu ilə bağlı əsası olmayan şikayətlər dərc olunub. Sahibkarlar adından dərc olunan şikayətdə əsas fiqur kimi isə Məmmədağa Eynullayevin fikirləri əsas götürülüb. Masallı rayonunda Məmmədağa Eynullayev sahibkar kimi yox, kimlərinsə sifarişi əsasında danışan şəxs kimi tanınır. Əvvəlcə Məmmədağa Eynullayevin avtobioqrafiyası haqda məlumat verək:
Məmmədağa Eynullayev əvvəllər AXCP üzvü olub. Ancaq 2005-ci ildə Yeni Azərbaycan Partiyasına qəbul olunmaq üçün ərizə ilə müraciət edib. Həmin vaxt o, icra hakimiyyətində hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb.
Bir müddətdən sonra Eynullayev bu vəzifədən azad edilib. Bundan sonra o, yenidən radikal müxalifətə qoşulub. Vəzifədən azad edildikdən sonra Masallı rayonunun o vaxtkı icra başçısı barədə mətbuatda əsası olmayan ittihamlar səsləndirib. İndi isə eyni ittihamları Masallının hazırkı rəhbərliyi haqqında yayır. Maraqlıdır ki, Məmmədağa Eynullayev indi iddia edir ki, onu vaxtilə YAP-a zorla üzv ediblər. YAP-ın Masallı təşkilatının sabiq sədri Şirvan Əbilov Məmmədağa Eynullayevi belə xarakterizə etmişdi:
“O, partiyaya üzv olmaq üçün mən təşkilatın sədri olanda müraciət edib. Müraciətin tarixini də deyə bilərəm: 2005-ci il yanvarın 2-i. Açığı Məmmədağa Eynullayev sabit mövqeli adam olmadığına görə, onun partiyaya üzv olmasının əleyhinə idim. Lakin onun həmin vaxt icra hakimiyyətində işləməsi və ilk partiya təşkilatından gəlməsini nəzərə alaraq müraciətinə baxdım. Fevralın 12-də onun YAP-a üzv olması barədə qərar qəbul edildi. Məmmədağa Eynullayev sizin qəzetinizə bildirib ki, guya o, zorla partiyaya üzv edilib. Bu tamamilə yalandır. Onun özü könüllü surətdə ərizə yazaraq YAP-a üzv olmaq istəyib”.
Vəzifədə olarkən Masallıda heç bir problemin olmadığını iddia edən Eynullayevin vəzifədən çıxarıldıqdan sonra rayon rəhbərliyini ittiham etməsinin səbəbi nə ola bilər? Masallıda hər kəs Eynullayevin kimlər tərəfindən yönləndirilidiyini bilir. Eynullayev uzun illərdi ki, Masallıya rəhbərlik etmək üçün canfəşanlıq göstərən bir qrup tərəfindən himayə olunur. Onun radikal müxalifət qəzetlərinə çıxışını da həmin qrup təmin edir.
Qrup tərəfindən radikal müxalifət orqanlarına müəyyən vəsait çatdırılır və onlar da Məmmədağa Eynullayevin ittihamlarını dərc edirlər. Əslində Eynullayevin nə danışacağı da əvvəlcədən bu qrup tərəfindən müəyyənləşdirilir. Çox maraqlıdır ki, bu qrupda rayonda yüksək vəzifə tutan şəxslərin də təmsil olunduğu hər kəsə bəllidir. Həmin vəzifəli şəxslər icra başçısı postuna öz adamlarını gətirmək üçün rayon rəhbərliyinə qarşı belə kampaniya aparırlar.
Niyə indi peyda olublar?
Daha bir maraqlı fakt ondan ibarətdir ki, belə kampaniyalar əsasən Azərbaycan prezidentinin Masallıya səfəri öncəsi və ondan sonra, ölkədə taleyüklü tədbirlərin-seçkilərin keçirildiyi ərəfədə aparılır. Qrup üzvləri belə məqamlarda diqqəti daha çox cəlb etməyi düşünürlər. Məmmədağa Eynullayevin növbəti dəfə çeynənmiş iftiralarla radikal mətbuatda peyda olması da təsadüfi deyil. Yaxına vaxtlarda ölkə prezidentinin Masallıya səfəri gözlənilir. Səfər zamanı Masallıda rayonun inkişafına birbaşa təsir edəcək bir neçə obyektin açılışı olmalıdır. Onlardan ən möhtəşəmi “ASAN həyat” kompleksidir. 640 yerlik incəsənət gimnaziyası da rayon uşaqlarının təhsilində önəmli rol oynayacaq. Masallı şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulması da tamamilə başa çatdırılıb. Ölkə başçısı İlham Əliyevin sərəncamı ilə Masallıda “Sənaye məhəlləsi”nin yaradılmasına başlanılmışdır. Prezidentin rayona səfəri zamanı müasir standartlara cavab verən tarix diyarşünaslıq muzeyinin də açılışı gözlənilir. Rayonda sosial evlərin də inşası planlaşdırılıb. Elə Məmmədağa Eynullayevin “bəhanə” kimi tapdığı Bayraq meydanı da tam hazırdı və Prezidentin səfəri zamanı açılışı olacaq.
Zəminə Nəzərova kimdir və kimin adamıdır?
Təbii ki, görülən bu işlər hansısa qara qüvvələri qane etmir. Ona görə də Prezidentin səfəri ərəfəsində Məmmədağa Eynullayevin dəstəsi tapşırıqla fəaliyyətə başlayıb. Maraqlıdır ki, Eynullayevin dəstəsində bu dəfə yeni ad da var. Zəminə Nəzərova da özünü kiçik sahibkar kimi təqdim edir. Ancaq Masallıda hər kəs bu qadını əxlaqsızlıq yuvasının sahibi kimi tanıyır. Masallılar dəfələrlə aidiyyatı qurumlara bu qadından şikayət ediblər. Onun meşə massivində inşa etdirmək istədiyi əxlaqsızlıq yuvasının tikintisinin qarşısı alınıb. Bundan sonra Zəminə Nəzərova da “haqqı pozulan kiçik sahibkar” kimi rayonu qarışdırmaq istəyən qrupa lazım olub və radikal müxalifət mətbuatının danışan dilinə çevrilib. Zəminə Nəzərovanın rayonda yüksək vəzifə tutan hacı-məmur tərəfindən himayə olunduğu da Masallıda hər kəsə bəllidir.
Fətullayev Eynullayevi belə ifşa etmişdi
Daha bir faktı qeyd edək. Məşhur jurnalist Eynulla Fətullayev Məmmədağa Eynullayev radikal müxalifət mətbuatında “ölüm aclığı keçirirəm” deyib, car çəkərkən Masallıya səfər etmişdi. O, səfər zamanı hər şeyi öz gözləri ilə görmüş və Məmmədağa Eynullayevin yalançı “ölüm aclığı”nı ifşa etmişdi. Həmin vaxt Eynulla Fətullayev səfəri ilə bağlı yazdığı yazıda qənaətini bölüşmüş və bu qrupun Masallının keçmiş deputatı tərəfindən idarə olunduğunu bildirmişdi. Əslində Zəminə Nəzərovadan da Məmmədağa Eynullayev kimi istifadə olunması “o, kimin adamıdır” sualına tutarlı cavabıdr.
Masallıda görülən işləri, tikilən obyektləri-müəssisələri, məktəbləri, uşaq baxçalarını görməzdən gəlib, uzun illərdi çeynənmiş böhtanlarla radikal müxalifət mətbuatının əsas simasına çevrilən bu şəxslərin məqsədi bəllidir. Nəyin bahasına olursa-olsun hər şeyi ləkələməlidirlər. Onlar bu yolla Masallıya rəhbərlik etmək istəklərini rallaşdırmağa çalışırlar.Radikal müxalifət mətbuatına da belə böhtançılar lazımdır. Hətta “azad söz”dən dəm vuran bu mətbuat orqanları qarşı tərəfin-icra hakimiyyətinin nümayəndəsinin fikrini öyrənsə də, onu dərc etməyə cəsarət etməyiblər. Səbəb bəllidir. O münasibətdə böhtançıların istəyi ifşa olunur. Münasibəti dərc etməməklə, radikal müxalifət mətbuatı da öz istəyini - ölkədə qarşıqlıq yaratmaq istəyini ifşa etmiş oldu.
Rasim Əli
MilliYol.Az
Digər xəbərlər
loading...