Bu gün axşam saatlarında Salyan rayonunun Yenikənd kəndində yerləşən, yaşayış olmayan 3 otaqlı evdə yanğın baş verib
Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, yeni sahibi Bakı şəhərində yaşadığı üçün yaşayış olmayan evin damının yandığını görən qonşular bu barədə yanğından mühafizə xidmətinə xəbər veriblər.
Hadisə yerinə gəlmiş yanğınsöndürənlər tərəfindən alov söndürülərək, onun yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb.
Yanğın baş vermiş evin elektrik və qaz təchizatı olmadığı üçün hadisənin hansı səbəbdən baş verdiyi araşdırılmağa başlanılıb.
Digər xəbərlər
loading...