Beyləqan pambıqçıları pulunu ala bilmir - İnam Kərimova müraciət Beyləqanın icra başçısı 40 yaşında ali məktəb bitirib, necə professor oldu? Kürdəmirin icra başçısı fəhlələrin pulunu niyə vermir? Neftçalanın Qoltuq kəndində nə baş verir: otlaq sahələri niyə şumlanır? (FOTOLAR)
 

Jül Vern yaradıcılığı haqqında: “...fransız ədəbiyyatında yerimi tuta bilməmişəm”

Tarix 16.04.18, 15:35

Font ölçüsü : - / +
bitmap-img6


Elmi fantastika janrının ən görkəmli nümayəndələrindən sayılan fransız yazıçısı Jül Vern 8 fevral 1828-ci ildə Nant şəhərində anadan olub


"Yerin mərkəzinə səyahət" (1864), "Kapitan Qrantın uşaqları" (1867), "20 000 lye su altında" (1870), "80 gün dünya ətrafında" (1873) kimi romanları ilə dünya şöhrəti qazanan yazıçı kosmik və sualtı gəmilərin hələ ixtira olunmadığı bir dövrdə əsərlərində kosmosa uçuş, Yerin dərinliklərinə səyahət və bu səpgili macəraları qələmə alıb. Elə buna görə də Ayın yerdən görünməyən hissəsindəki kraterlərdən birinə onun adı verilib.

YUNESKO-nun Index Translationum adlı, bütün dövrlərin ən çox tərcümə edilmiş müəllifləri siyahısında ikinci yerdə qərarlaşan yazıçının bir çox əsərlərinin motivləri əsasında həmçinin bədii filmlər çəkilib. O, Hüqo Vernbak və Herbert Uellslə birgə elmi fantastika janrının "atası" sayılır.

Jül Vernin mütaliə və yazıçılıq sənəti barədə söylədiyi fikirləri oxuculara təqdim edirik.

Robinzon haqqında

Uşaqlıq dövründə daha çox “İsveçrəli Robinzon” kitabını mütaliə etməyi xoşlamışam (İohan Rudolf Vissin (1782-1830) yeniyetmələr üçün qələmə aldığı macəra romanı nəzərdə tutulur – A.B.). Mənim qənaətimcə, bu kitab Daniel Defonun “Robinzon Kruzo” əsərindən daha üstündür. Doğrudur, mən bilirdim ki, Daniel Defonun romanı özünün fəlsəfi xüsusiyyətləri ilə daha zəngindir. Əsərdə təsvir olunan tənha insan obrazı günlərin bir günü qumun üzərində çılpaq ayağın izlərini aşkarlayır. Amma Vissin əsəri özünün zəngin hadisələri və macəraları ilə cavan beyinlər üçün daha maraqlı görünür. Həmin romanda bütöv bir ailə - ata, ana, onların uşaqları özlərinin müxtəlif əməlləri ilə təsvir olunublar. Təsəvvür edirsinizmi, neçə illərdən bəri bu ailənin məskunlaşdığı adada gəzib-dolaşmışam! Hansı zülmlərlə onların kəşflərinə yol tapmış, taleyinə həsəd aparmışam! Təəccüblü deyil ki, “Sirli ada”da özümdən asılı olmadan hansısa qüvvə Elmi Robinzonları səhnəyə çıxarmağa təhrik edib. “İki il məktəb tətili” romanımın da personajlarını məhz bütöv Robinzonlar pansionu təşkil edir.

Amma mənim adamda Vissin qəhrəmanlarından heç kim olmayıb. Orada mənim şəxsimdə Daniel Defonun qəhrəmanı gəzib-dolaşıb. Öz arzularımda ağacların budaqlarından koma quraraq iynədən tilov düzəltmiş, qədim insanlar kimi quru budaqlardan birini digərinə sürtməklə od əldə edib tonqal qalamışam. Fəlakət barədə hər hansı işarə vermişəmmi? Əsla yox! Əgər bunu etmiş olsaydım, çox güman ki, məni tezliklə aşkarlayıb adadan aparardılar. Amma bunu istəmirdim! Çünki qabaqda hələ görüləcək işlərim çox idi. Hər şeydən öncə aclıqla mübarizə aparmalıydım. Necə, hansı yolla? Axı, mənim içi ərzaqla dolu qayığım suda batmışdı. Quşlarımı ovlamalı? Yox, bu mümkünsüz idi. Axı, nə silahım, nə də ov itim vardı. Deyərsiniz, bəs molyuskalara nə olmuşdu? Heç onlar da yox idi!

Yazıçı olmaq arzusu barəsində


Vallah, heç yadıma sala bilmirəm ki, nə vaxt yazmamışam və ya da yazıçı olmaq fikrinə düşməmişəm. Amma çox şeylər (tezliklə özünüz də buna əmin olarsınız) bu arzumu gerçəkləşdirməyə mane olub. Məlum olduğu kimi, mənşəyimə görə mən bretonluyam (Nant mənim doğma şəhərimdir), amma atam Parisdə təhsil alıb, ədəbiyyata həvəs göstərib, şeirlər yazsa da, onların dərc olunmasına marağı olmayıb. Yəqin ki, yazıçı olmağıma həvəs irsən atamdan keçib. Elə onun kimi yaradıcılıq fəaliyyətimə şeirlə başlamışam. Sonralar nəsrlə məşğul olmuşam.  Doğrusu, heç özüm də bilmirəm ki, roman yazmaq barədə fikir necə yaranır, bəzən burada həlledici rolu bir, bəzən isə digər hadisə oynayır. Çox hallarda yazmamışdan öncə hər hansı süjet barədə çox götür-qoy edirəm. Amma elə ki, maraqlı fikir yaranır, dərhal onu qələmə alıram.

Mənim bəzi kitablarımın necə yazıldığını düz-dəqiq söyləyə bilərəm. “Səksən gün dünya ətrafında” kitabını yazmamışdan öncə qəzetdə hansısa bir turist reklamı ilə rastlaşmışdım. Həmin yazıda bildirilirdi ki, indiki zəmanədə insan yer kürəsini səksən günə gəzib dolaşmaq iqtidarındadır. Bu fikir marağımı özünə çəkdi. Düşündüm ki, belə bir səyahətçi Yer kürəsinin öz oxu ətrafında fırlanması ilə təyin olunmuş məntəqəyə göstərilmiş müddətdən ya tez, ya da gec çata bilər. Bax, elə bu fikir romanımın əsas süjet xəttini təşkil etdi. Yəqin ki, mənim qəhrəmanım Fiales Foqt yadınızdadır. O, məhz bu vəziyyətləri nəzərə alaraq evə vaxtında qayıtmaqla mərci udur. Halbuki o, güman etmişdi ki, evə bir gün gec qayıda bilər
 
Fransız ədəbiyyatındakı rolum haqqında

Həyatımda daha çox ona təəssüf edirəm ki, fransız ədəbiyyatında əvvəl-axır öz layiqli yerimi tuta bilməmişəm.

İş haqqında

Hər gün səhər saat beşə qalmış (qışda bəzən bundan bir qədər gec) oyanır, beş tamamda isə artıq yazı masasının arxasında əyləşib saat on birəcən işləyirəm. Çox gec yazıram, sözləri, cümlələri dəfələrlə götür-qoy edirəm, çox vaxt qələmə aldıqlarımı pozub yeni fikirlər üzərində işləyir, tam əmin olduqdan sonra  fikrimi ümumiləşdirirəm. Çox vaxt bir dəfəyə beynimdə ən azından ona yaxın romanın süjetini, hazır obrazları və fabulaları saf-çürük edirəm. Amma mütəmadi düzəlişlər vaxtımı çox alır. Mən heç vaxt yazdıqlarımdan razı qalmıram. Ən azından yeddi-səkkiz dəfə qələmə aldıqlarıma qayıdıram, son nəticədə əsərimin ilkin variantından demək olar ki, heç bir əsər-əlamət qalmır. Bu isə həm vaxt itkisinə, həm də əlavə vəsaitin xərclənməsinə səbəb olur. Əməyim üçün insanlardan layiqli qiymətimi heç vaxt ala bilməsəm də, həmişə çalışıram ki, yaratdığım əsərlər istər formasına, istərsə də məzmununa görə oxucuların qəlbində özünə yer tuta bilsin.

Elm haqqında

Düzünü desəm, elmə bir o qədər də marağım olmayıb. Yəni, nə vaxtsa elm öyrənmək və ya hər hansı bir eksperiment aparmaq niyyətindən həmişə uzaq olmuşam. Amma uşaqlıqdan maşın-mexanizmlərin işinə böyük maraq göstərmişəm. Atamın Şandendə bağ evi vardı. Onun yaxınlığında dövlət mexanika zavodu yerləşirdi. Şantana hər gəlişim zamanı zavoda baş çəkər, saatlarla işləyən maşınlara tamaşa edərdim. Bu maraq, demək olar ki, bütün ömrüm boyu məni tərk etməyib. Elə indinin özündə də hansısa lokomotivin buxar maşınlarının işinə eyni həvəslə maraq göstərirəm. Texnikaya marağım bədii yaradıcılıqla eyni vaxtda həyatımın başlıca xüsusiyyətlərindən birini təşkil edib. Gənclik illərimin üç sevimli əsas məşğuliyyəti isə Avropanın şəkil qalereyalarını gəzib-dolaşmaq, Luar qəsrinə ekskursiyaya getmək və şeir yazmaqdan ibarət olub.

İnformasiya haqqında

Mənə elə dövrdə yaşamaq nəsib olub ki, istənilən mövzuda lüğətlər tapılırdı. Hər hansı informasiyanı əldə etməkdən ötrü lüğətlər köməyə çatırdı. Müxtəlif məzmunlu informasiyaları mütaliə edərkən xeyli sayda maraqlı elmi faktlarla rastlaşırdım. Bu isə mənim dünyagörüşümün zənginləşməsinə səbəb olurdu.

Yaradıcılıq məqsədləri və həmkarlarım haqqında

Bəzən deyirlər ki, macəra romanlarında üslub olmur, amma mən qətiyyən bu fikirlə razı deyiləm. Doğrudur, insan xarakterinin tədqiqindən fərqli olaraq, bu istiqamətdə baş verən hadisələri maraqlı ədəbi formaya salmaq çox da asan deyil. Açığını deyim ki, mən psixoloji romanların aşiqi olmamışam, çünki onların heç birində psixologiya elmi ilə ümumi bir oxşarlıq görməmişəm. Ona görə də yazıçı-psixoloq adlandırılanları qəbul edə bilmirəm.

Onu da bildirim ki, Dodye ilə Mopassan arasında yerlə göy qədər fərq görürəm. Hətta Mopassanla fəxr edirəm. Mopassan dahidir, Tanrı ona hər şeydən yazmağa istedad bəxş edib. Amma bununla belə Dikkens həmişə mənim ən sevimli müəllifim olub. İngilis dilində cəmi olsa-olsa yüz söz bilirəm. Ona görə də Dikkensin əsərlərini tərcümədə oxuyuram. Yox, mən heç vaxt Mopassanla Dikkensə fərq qoymamışam. Amma nə edim ki, Dikkensi dəlicəsinə sevirəm. Mən həmçinin Kuperin romanlarına maraq göstərmişəm və bu maraq indiyəcən davam etməkdədir. Kuperin onlarla romanını  ölməz hesab edirəm.

Qonorar haqqında

Qonorar barədə heç vaxt şikayət etməmişəm. Kitablarıma görə mənim naşirim yaxşı pul qazananda sevinirəm. Əlbəttə, bəzən olub ki, yaxşı məbləğə müqavilə bağlamadığım üçün peşmançılıq hissi çəkmişəm. “80 gün dünya ətrafında” romanım təkcə Fransada on milyon frank, “Mixail Stroqov” romanı isə yeddi milyon frank qazanc gətirib. Bu pulun isə gözlənildiyindən də çox az məbləği mənə çatıb. Amma mən öz gücünü yalnız pul qazanmağa sərf edən insanlardan deyiləm. Mən hər şeydən öncə öz ideallarımla yaşayan ədəbiyyatçıyam, sənət adamıyam. Əgər həmvətənlərim mənə qarşı azca da olsa ədalətli münasibət bəsləsəydilər, bu, milyon dəfədən çox mükafata bərabər olardı. Bax, təəssüf etdiyim və həmişə peşmançılıq çəkdiyim məsələ budur.

Romanlar üzərində iş barədə

Roman üzərində işə başlayarkən öncə onun necə başlayacağını, əsərin ortasında hansı hadisələrin cərəyan edəcəyini və onun hansı finalla yekunlaşacağını müəyyənləşdirirəm. Plan tərtib etdikdən sonra hər fəslin məzmunu üzərində işləyirəm. Daha sonra yazılı mətni oxuyub qələmlə düzəlişlər edirəm. Əsl iş isə mənim üçün birinci korrekturadan sonra başlayır. Heç vaxt son varianta ümid bəsləmirəm. Amma xoşbəxtlikdən naşirim romanda müəyyən düzəlişlər etməyə mənə icazə verir. Beləcə səkkiz, ya da doqquz korrektura işindən sonra əsər çapa imzalanır.

İşin tempi haqqında

Adəti üzrə mən ildə iki roman üzərində işi başa çatdırıram. Həm də hər dəfə bunu nəzərdə tutduğum müddətdən bir qədər əvvəl yerinə yetirirəm. Bax, indinin özündə də yeni roman üzərində işləyirəm və bu əsər min səkkiz yüz doxsanıncı ildə nəşr olunacaq. Başqa sözlə desəm, hazırda faktiki olaraq beş əlyazmam çapa hazırdır. Əlbəttə, bu nailiyyətlər heç də qurbansız əldə olunmayıb. İllər ötdükcə anlamağa başladım ki, həqiqətən də ağır əmək cəmiyyətdə yaşamağın zövqləri ilə heç də üst-üstə düşmür.  Arvadımla biz gənc olanda Parisdə yaşayırdıq, həyatdan necə lazımdırsa zövq alırdıq. Son on iki ili isə arvadımın doğulub boya-başa çatdığı Amyen şəhərində yaşayıram. Əlli üç il öncə arvadımla burada tanış olmuşuq. Mənim bütün maraqlarım da azdan-çoxdan məhz burada zənginləşib. Məhz elə buna görə də dostlarımdan bəziləri mənim ədəbi nailiyyətlərimdən daha çox Amyen şəhəri üzrə məsləhətçi olmağıma görə öyündüyümü deyirlər. Sözün düzü, mən şəhərin idarəçiliyində iştirakımdan çox məmnunam.


Tərcümə: Ağaddin Babayev

MilliYol.Az



Xəbərin oxunma sayı : 487

loading...

Ədəbiyyat

Önəmli

Son xəbərlər

22 İYUL 2018

0:00 Azərbaycanda Milli Mətbuat Günü - 143 il

21 İYUL 2018

19:07 Acarıstanın yeni hökumət başçısı təsdiq olunub

18:17 Ermənistanın müdafiə naziri ordunu Naxçıvanla sərhədə topladı

18:03 “Putinin mövqeyi ciddidir, Moskvadan yenə təhlükə var”

17:49 Şəmkirdə ağır qəza: ölən var

17:33 Çimərliklərə gedənlərə xəbərdarlıq olundu

17:12 Prezident İlham Əliyev misirli həmkarını təbrik edib

16:44 “Qarabağ”ın albanlara qarşı oyununu norveçli hakimlər idarə edəcək

16:15 Zakir Həsənov döyüş hazırlığının artırılması üzrə tapşırıq verdi

16:00 Azərbaycanın şəhid olan əsgəri dəfn edilib - FOTO

15:50 Havanın temperaturu düşəcək, yağış yağacaq- Nazirlik

15:37 Gəncə hadisələri ilə bağlı daha 8 nəfər həbs olunub, 1 nəfər məhv edilib

14:57 Merkel Azərbaycana səfər edəcək

14:50 “Rusdilli təbəqə Damlaya qulaq asmır“ - Elşad Xose

14:25 Merkel Azərbaycana səfər edəcək

14:05 Azərbaycan Ordusunun əsgəri şəhid olub

13:05 5 min tələbə təhsilini yarımçıq qoyub – Təhsil haqları yenə bahalaşdırılıb

12:38 Abşeronda ağır yol qəzası:1 nəfər faciəvi şəkildə ölüb, yaralananlar var

11:40 “Azərenenerji” açıqlama verib- Ötən gecə baş vermiş qəza ilə bağlı

10:50 Bakı-Quba yolu ilə hərəkət edən sürücülərə xəbərdarlıq edilib- Dövlət Agentliyi

10:20 Bakıda gənc oğlan ürəyindən bıçaqlanaraq qətlə yetirilib

10:12 Sarkisyanın şəxsi cangüdəni azadlığa buraxılacaq

20 İYUL 2018

23:59 Tələbələrin köçürülməsi ilə bağlı sənəd qəbulu başa çatdı

23:47 Adnan Oktarın İsrailə necə casusluq etdiyi bəlli oldu

23:31 İsrail aviasiyası və tankları Qəzzaya zərbə endirdi

23:15 Bakıda yolu çökdürən zirzəmi sökülür - Video

22:53 Paşinyan: “Ermənistandakı korrupsiyanın həcmindən şoka düşmüşəm”

22:40 Şəkidə qəssablar tətil etdi – Yeni qaydalara etiraz edirlər

22:28 İlham Əliyevin Fransaya səfəri başa çatdı

22:14 İranın neft anbarında partlayış: ölənlər var

21:57 “Kamran Quliyev niyə istefa vermir?” - Aqil Abbas

21:44 Nazpəri dilə gəldi: “Sürücü, rəqqas yox, aşıq qızıyam”

21:30 Emmanuel Makronun adından Azərbaycan prezidentinin şərəfinə nahar verilib - Video

21:12 ABŞ Çindən gələn bütün mallara gömrük rüsumu tətbiq edə bilər

20:51 700 bal toplayan abituriyent: “Bir saata bütün sualları cavablandırdım”

20:39 Erməni çağırışçılar kütləvi dava saldılar

20:27 IV ixtisas qrup üzrə 700 bal toplayan gəncin FOTOsu

20:13 Bakıda ərəblərdən daha bir biabırçılıq – Video

19:57 Gürcüstanda fövqəladə hallar xidmətinin rəhbəri istefa verib

19:45 “BakuBus” avtobusları niyə gecikir?

19:31 Bakıda MDB Daxili İşlər Nazirləri Şurasının iclası keçirilib

19:15 Bakıda bağ sahəsində ağaclar yandı

18:51 Almaniyada piyadalara bıçaqla hücum edilib: 14 yaralı

18:39 Prezident kralı təbrik etdi

18:21 Taliblər əfqan polisinə hücum etdi: 12 ölü

18:09 Bu il müəllim işləmək üçün qeydiyyatdan keçən namizədlərin sayı 50 mindən çox olub

17:55 Saatlıda 54 yaşlı kişinin meyiti aşkarlanıb

17:48 Nazir: “Təhsil sistemində hər il 3-5% yenilənməyə nail olunur“

17:44 Rihanna milyarder sevgilisindən ayrıldı

17:36 “51 azərbaycanlı Almaniyadan Azərbaycana deportasiya edilib”

17:32 Bu il “BakuBus” 85 sürücünü işdən azad edib

17:27 OPEC+ platforması əsasında yeni təşkilat fəaliyyyətə başlaya bilər

17:22 I və IV ixtisas qruplarının imtahan nəticələri açıqlanıb

17:17 Beş Xəzəryanı ölkə Xəzər dənizi ilə bağlı protokol imzalayıb

17:13 Dolların iyulun 23-nə olan məzənnəsi

17:13 İtaliyalı nazir bank dələduzluğunda ittiham olunur

17:09 Sabiq Cənubi Koreya prezidentinə əlavə 8 il həbs cəzası verildi

17:05 Türkiyə və Hollandiya münasibətləri normallaşdırmaq barədə qərar qəbul edib

16:55 Ronaldu “Real Madrid”i İspaniyadakı yüksək vergi dərəcələrinə görə tərk edib

16:47 İstirahət günlərinin hava proqnozu açıqlanıb

16:40 “ABŞ “Cənub Qaz Dəhlizi” layihəsinə güclü dəstəyini davam etdirəcək“

16:35 Paşinyan ABŞ-a gedəcək

16:27 Prezident İlham Əliyev Fransa prezidenti ilə görüşüb

16:23 Paşinyan Qarabağda müharibə riski haqda: “Rusiya imkan verməz“

16:16 Qazaxstanda Olimpiya çempionu qətlə yetirildi

16:12 Səmranın açıq-saçıq səhnələrlə dolu olan klipi

15:47 “Çevriliş cəhdinə aid çox önəmli dəlillər əldə etmişik“

15:42 Bakıda ağır qəza: ölən var

15:37 Azərbaycan komandası stolüstü tennis üzrə Avropa çempoionatının qalibi oldu

15:32 DESFA-nın səhmlərinin 66%-i 535 mln. avroya satılıb

15:26 General Qasim Süleymaninin həyata keçirəcəyi qanuni hərbi çevriliş

15:22 AzTV sədrini öldürməyə cəhddə təqsirləndirilən şəxslərə hökm oxunub, bir nəfər azadlığa buraxılıb

15:17 Putinlə Trampın görüşməyi üçün 4 milyon dollar xərclənib

15:09 Skripal ailəsini zəhərləyənlər Britaniyanı tərk edib

15:05 Prezident Sercio Mattarellanın Azərbaycana səfəri İtaliya mətbuatının geniş diqqət mərkəzindədir

14:55 Azərbaycan prezidenti Fransa Milli Assambleyasının sədri ilə görüşüb

14:47 Tanzaniyadan Azərbaycana məhsul idxalı 91 faiz azalıb –Statistika

14:42 “WhatsApp”, “Facebook” və “Telegram” ən təhlükəli əlavələr siyahısına daxil olub –Reytinq

14:27 “Ukrayna dairəsi“ndə nəqliyyatın hərəkəti bərpa olunub

14:22 «Rusiyalılar Putin-Tramp danışıqlarını gizlicə yaza bilərlər» – ABŞ kəşfiyyatnın başçısı

14:17 Murakamidən ingiliscə yeni roman gəlir

14:13 “MTN işi“ndə zərərçəkən iş adamı həbs edilib - O, 5 nəfəri biznes qurmaq adı ilə aldadıb

14:05 “Azeri Light”ın bir bareli 74,64 dollara satılır

13:55 Məhkəmə AXCP-nin gənc üzvünü azadlığa buraxmadı –“Tam islah olunmayıb”

13:47 “Heç bir ABŞ prezidenti Rusiyaya qarşı mənim qədər sərt olmayıb”

13:38 Mənsimovun gəmilərində etirazlar başladı

13:33 Moskva-Bakı mikroavtobusu qəzaya uğrayıb, 8 nəfər xəsarət alıb

13:27 “İşğal olunmuş ərazilərimizdə qanunsuz fəaliyyət göstərən 177 hüquqi şəxs aşkarlanıb”

13:22 Hava gəmilərində istifadə edilən cihazları Azərbaycandan çıxaranlar tutuldu

13:17 Türkiyə Zap, Avaşin və Xakurkda əməliyyatlara başladı

13:13 Avropa Birliyi Ermənistan üçün “Marşal planı” hazırlayır

13:09 Peşə təhsili və təliminin inkişafına dair strateji yol xəritəsi üzrə tədbirlərin 8%-i icra edilməyib

13:05 Yaponiyada yağan yağışlar 217 nəfəri öldürdü

12:34 Sabaha olan hava proqnozu açıqlanıb

12:30 Məşhur kanal rəhbəri qızına təcavüz edibmiş

12:26 MDB ölkələrinin DİN rəhbərləri Azərbaycanın 1-ci vitse-prezidenti ilə görüşüblər

12:22 “Dünya təhlükəsizliyinə təhdidlərin forma və üsulları daha mürəkkəb, təhlükəli xarakter alır”

12:13 “Rusiya iqtisadiyyatı 2060-cı ilədək böhrandan çıxmayacaq” – Təhlil

12:09 YAP qərargahında jurnalistlərlə görüş keçirilib

12:07 Beyləqan pambıqçıları pulunu ala bilmir - İnam Kərimova müraciət

12:05 51 azərbaycanlı məcburi qaydada Almaniyadan deportasiya edilib

11:50 Koçaryan iyulun 26-da dindiriləcək

11:42 “Azərbaycan dövləti gənclərə güvənir“

11:38 “İndi hər kəs sosial şəbəkə vasitəsilə mətbuatın bir hissəsinə çevrilib”

11:34 “Avropalı müttəfiqlərini başa düşmək üçün Tramp müdrik olmalıdır"

11:30 “Səba” istehlakçılara müraciət edib

11:22 İlham Əliyevin Parisdə “Rothschild and Co” şirkətinin vitse-prezidenti ilə də görüşüb

11:17 Ərzaq tədarükü ilə bağlı 850 müəssisə və təşkilatla satınalma müqaviləsi imzalanıb –Açıqlama

11:12 “Bozbash pictures” vida etdi

11:05 Əsəd Hələbi Ankaranın nəzarətinə verir – Şok iddia

10:55 Bakıda parkdan 72 ədəd fəvvarə stəkanı oğurlanıb

10:46 Prezident İlham Əliyev Parisdə “Thales International” şirkətinin baş vitse-prezidenti ilə görüşüb

10:42 Bakıda 3 yaşlı uşağın 6-cı mərtəbədən düşərək ölməsinə görə cinayət işi başlanıb

10:37 “Şəhəri bilməyənlər torpağı bölüşdürüb satdılar”

10:33 Yaxşı alver üçün supermarketlərə nə vacibdir?

10:22 Sahibkarlar Zakir Fərəcovdan şikayətçidir – “Dedi ki, sənin nəslində bir kişi yoxdur…”

10:17 Futbolumuzda nə baş verir? - Oliqarxlar klubların pullarını azaldıblar

10:13 Bakıda mikroavtobus yük maşınına çırpıldı - 10-dan çox yaralı var

10:09 Bu günə olan məzənnələr – RƏSMİ

10:05 Bakının Baş planını amerikalılar cızacaq



loading...
“Elçibəy gənclərin gözü ilə” mövzusunda tədbir keçirilib

“Əbülfəz Elçibəy-80” İctimai Təşkilat Komitəsi “Elçibəy Gənclərin gözü ilə” mövzusunda tədbir keçirib
Bu insanlar ölülərlə əlaqəyə girirlər və... - Tanınmış şaman hər şeyi açdı

Sosioloq, türkoloq, araşdırmaçı, TÜRKSOY-un üzvi, "Şaman. Təbiət qüvvələri oyananda" kitabının müəllifi, əslən xakas türklərindən olan və tanınmış şaman Timur Davletovun Publika.az-a müsahibəsi
ARXİV

Xəbərlər işıq sürətilə

Sayt haqqında | Əlaqə
MİLLİYOL (©) 2016