Bazar ertəsi, 22 Oktyabr 2018
USD : 1.7
EUR : 1.9602
Hava
+29 ° Baku
+25 ° Quba
+25 ° Qusar
+26 ° Gəncə
+22 ° Lənkəran
+28 ° Naxçıvan
+29 ° Salyan
+23 ° Şəki

Azərbaycandan Gürcüstana pul köçürmələri artıb


Ötən ay Azərbaycandan Gürcüstana 1 mln. 621,8 min dollar pul köçürülüb

APA-nın yerli bürosu Gürcüstanın Milli Bankına istinadən xəbər verir ki, bu, fevral ayının göstəricisi ilə müqayisədə 22,6% çoxdur.

Bu ilin birinci rübündə Azərbaycandan Gürcüstana köçürülmüş pul vəsaitinin həcmi isə 4 mln. 338,3 min dollar təşkil edib.

Mart ayında qonşu ölkədən Azərbaycana 908,7 min dollar, yanvar-mart aylarında isə 2 mln. 521,2 min dollar köçürülüb.

Ötən ay Gürcüstana xarici ölkələrdən, ümumilikdə 131,1  mln. dollar daxil olub ki, bu da ötən ilin analoji göstəricisindən 17% çoxdur.  Gürcüstana mart ayında ən çox pul köçürmələri Rusiya (38,1 mln. dollar), İtaliya (15,5 mln. dollar) və Yunanıstandan (13, 7 mln. dollar) daxil olub.

MilliYol.Az
Etiket:

loading...