Rusiya Ukraynayla sərhəddə öz qoşunlarını gücləndirir və Ukraynanın sərhədlərində böyük müharibəyə hazır Rusiya qoşunu dayanır
Publika.az xəbər verir ki, bu haqda Ukraynanın Müdafiə və Təhlükəsizlik Şurasının katibi Aleksandr Turçinov təhlükəsizlik üzrə 11-ci Kiyev forumunda danışıb.
Turçinov xatırladıb ki, Donbasda Rusiyanın gücləri iki korpusdan ibarətdir və şəxsi heyəti 35 mindən çox deyil. Onun sözlərinə görə, Ukrayna üçün əsas təhlükə sərhədin o tərəfindədir: “Rusiya Ukrayna ilə sərhəddə minlərlə tank, raket qoşunları və bir neçə ordu yerləşdirib. Bu iki korpus Ukrayna sərhədində yerləşən Rusiyanın əsas hərbi güclərinin genişləndirilməsi üçün vaxt uduşu funksiyasını yerinə yetirir. Donbas istiqamətində səkkizinci ordu və bu ordunun 159-cu diviziyası artıq bizim sərhədimizdədir və istənilən dəqiqə döyüş hərəkətlərinin aparılmasına hazırdır. Çernomorsk-Azov operativ istiqamətində 49-cu ordu, ikinci eşelonda isə Rusiya Şimal hərbi dairəsinin 58-ci ordusu var. Şimalda Rusiyanın Qərb hərbi dairəsinin 20-ci ordusu yerləşdirilib. Bu istiqamətdə ehtiyatda 1-ci tank ordusu var. Bunlar genişmiqyaslı tətbiqə və genişmiqyaslı kontinental müharibənin aparılmasına hazırdır. Dövlətimizə qarşı bu gün artıq 260 min Rusiya hərbçisi, 3,5 min tank, 11 min zirehli maşın, təxminən 4 min artilleriya sistemi, mindən çox reaktiv yaylım atəş sistemi və sair cəlb edilib. Bütün bu qoşunları Rusiyanın 4-cü və 6-cı orduları dəstəkləyəcəklər”.
Turçinov həmçinin bilavasitə Ukrayna sərhədlərində yerləşdirilən Rusiyanın raket qoşunlarına diqqəti yönəldib: “Bu, müasir “İsgəndər” raketləri ilə təchiz edilən dörd raket briqadasıdır. Bu sistemlərin xarakteristikası Rusiyanın orta və kiçik mənzilli raketlərin qadağası üzrə razılaşmadan əyani çıxışını göstərir. Bu, yalnız Ukraynanı hədələmir. Rusiyanın bu razılaşmalardan çıxışı faktiki olaraq bütün Avropa ölkələrinə təhdiddir”.
Daha əvvəl Ukrayna prezident Pyotr Poroşenko bildirib ki, Ukraynayla sərhəddə Rusiyanın bir neçə diviziyası müdaxiləyə hazırdır. Onun sözlərinə görə, Rusiya qoşunları həm şimal, həm də şərqdən müdaxiləyə hazırdır.
Öz növbəsində Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahının sabiq-spikeri, hərbi ekspert Vladislav Seleznyovun sözlərinə görə, Rusiya güclü tank yumruğunu formalaşdırır və bu, Rusiya qoşunlarının tammiqyaslı hücum ehtimalını istisna etmir.
Ukrayna Təhlükəsizlik Xidmətinin başçının müavini Viktor Kononenko qeyd edib ki, Rusiya payızda Ukraynada destabilizasiyasının yeni cəhdinə təşəbbüs etməyi planlaşdırır. Onun sözlərinə görə, “rusdillilərin müdafiəsi” kimi köhnə mövzudan istifadə ediləcək və bu, nizami qoşunların sonrakı müdaxiləsini güman edir.
“Ukrayna Təhlükəsizlik Xidməti Kremlin planları haqqında informasiyaya malikdir. Rusiya rusdilli əhalinin müdafiəsi bəhanəsi ilə qoşunları Ukraynaya yeritmək hədəfini qarşıya qoyub”, - Kononenko vurğulayıb.
MilliYol.Az
Digər xəbərlər
loading...