“Rossiya 1” telekanalına verdiyi müsahibədə Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Kimyəvi Silahların Qadağan Edilməsi üzrə Təşkilat Suriyada kimyəvi silahların olmadığını təsbit edib və bu barədə sənədi imzalayıb
“Suriyada kimyəvi silahlar məhv edilib”, - deyən Zaxarova xatırladıb ki, bir neçə il bundan əvvəl Rusiya BMT Təhlükəsizlik Şurasına Suriyadakı terrorçu dəstələr tərəfindən kimyəvi silahdan istifadə hallarının araşdırılması haqqında qətnamə layihəsi yollamışdı. O zaman bu qətnamənin qəbuluna ABŞ veto qoymuşdu.
“Bilirsinizmi, bu qətnamənin keçməsinə kim mane oldu? ABŞ və bu ölkənin öz altında əzdiyi müttəfiqləri”, - XİN təmsilçisi qeyd edib.(virtualaz.org)
Digər xəbərlər
loading...