Ukraynanın Krasnopolski rayonunda piyada qanunsuz olaraq Rusiyaya keçmək istəyən iki Azərbaycan vətəndaşı saxlanılıb
Bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, hadisə ötən gün baş verib. Qrabovski yaşayış məntəqəsi yaxınlığında, dövlət sərhədinin bir neçə metrliyində 60 və 57 yaşlı iki Azərbaycan vətəndaşı sərhəd gözətçisi tərəfindən saxlanılıb. Onlar keçid üçün müəyyən edilməmiş ərazidən Rusiyaya keçməyə cəhd göstəriblər.
Hazırda Azərbaycan vətəndaşları barəsində inzibati protokol tərtib olunub.
Digər xəbərlər
loading...