NATO-ya üzv olan bütün ölkələr Suriyanın bombalanmasını dəstəkləyib
“Qafqazinfo” “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bildirib.
NATO-ya üzv olan bütün ölkələr ABŞ, Böyük Britaniya və Fransanın Suriyaya qarşı hərbi əməliyyatını dəstəkləyib.
ABŞ, Böyük Britaniya və Fransa Şimali Atlantika Alyansının Brüsseldə NATO-nun qərargahında keçirilmiş fövqəladə iclasında Suriyadakı vəziyyət barədə müttəfiqlərini məlumatlandırıblar.
Toplantıda 29 üzv ölkənin daimi nümayəndələri iştirak ediblər.
Digər xəbərlər
loading...