İnsanlar ərazilərin verilməsi ilə bağlı əsassız danışıqları dayandırmalıdırlar. Bunu Ermənistan İctimai Televiziyasına müsahibəsində Qarabağ separatçılarının lideri Bako Saakyan söyləyib. Onun sözlərinə görə, ermənilər əvvəlki dövrlərə qayıtmaq niyyətində deyillər.
Saakyan həmçinin torpaqların Azərbaycana qaytarılmayacağını da bildirib. Separatçı lider Qarabağla Ermənistan arasında münasibətlərin pisləşməsi ilə bağlı faktlar axtarılmasının da dayandırılmasını tələb edib.
"Hələlik biz Azərbaycandan Dağlıq Qarabağın müstəqilliyini tanıyacağı ilə bağlı cavab almamışıq. Əgər cavab yenə "yox" olarsa, o zaman aparılan müzakirələr faydasız olacaq. Biz tərəf olaraq danışıqlar prosesinə daxil olmaq istəyirik".
Saakyan 2015-ci ilin iyulundan bu ilin aprelinə qədər erməni tərəfinin itkilərini açıqlayıb. Onun sözlərinə görə, bu müddət ərzində erməni ordusunda 21 nəfər ölüb, 113 nəfər yaralanıb. Amma 2 apreldən bu yana olan itkilərə toxunmayıb.
Xatırladaq ki, Sərkisyan və Saakyan aprelin əvvəli ilə müqayisədə tamam fərqli ritorikaya keçiblər. Sərkisyan ötən gün partiya toplantısında Qarabağla bağlı sülh danışıqları üçün 3 şərt irəli sürüb: Dördgünlük müharibənin araşdırılmasına dair mexanizmlərin tətbiqi, ünvanlı bəyanat və Azərbaycanın Dağlıq Qarabağdakı əhaliyə qarşı aqressiyaya və terrora getməyəcəyinə təminat.
Bunun ardınca Saakyanın da şərtlə danışması və cəbhədə erməni hərbçilərinin Azərbaycan mülki əhalisinə qarşı vəhşiliyi çox mətləblərdən xəbər verir. (axar.az)
Digər xəbərlər
loading...