Rusiya Müsəlmanları Ruhani Məclisinin müftisi, Rusiya Federasiyası İctimai Palatasının üzvü Albir Krqanov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Təbrikdə deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi Rusiya Müsəlmanları Ruhani Məclisi adından və şəxsən öz adımdan təbrik edirəm. Azərbaycan nəhəng potensialı olan bir ölkədir və ona yalnız güclü lider rəhbərlik etməlidir. Bu gün Azərbaycan xalqı öz taleyini, övladlarının, nəvə-nəticələrinin və valideynlərinin taleyini məhz Sizə etibar edir. Azərbaycan vətəndaşları öz gələcəyini məhz Sizin rəhbərliyiniz altında görürlər.
Rusiya müsəlmanları milli birliyin, sülhün və qardaş xalqlar arasında dostluğun möhkəmləndirilməsinə yönəlmiş ədalətli qərarlarınızı alqışlayır və dəstəkləyirlər.
İnanırıq ki, vətəndaşların firavanlığının daha da yaxşılaşması və yüksəlməsi üçün cəmiyyət həyatının bütün sahələrində Azərbaycanın rifahı naminə uğurlu fəaliyyətinizi var qüvvənizlə davam etdirəcəksiniz.
Heç də asan olmayan bu fəaliyyətinizdə Sizə güc-qüvvət, ruh yüksəkliyi, tükənməz enerji, müdriklik və səbr arzulayırıq.
Allah-Təala haqq işinizdə köməyiniz olsun, səmimi dualarınızı və ibadətlərinizi qəbul etsin, xeyirli əməllərinizin mükafatını versin".
Digər xəbərlər
loading...