Kimyəvi Silahın Qadağan Edilməsi Təşkilatının (KSQT) Solsberidə baş vermiş hadisə üzrə məruzəsində bildirilib ki, Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripalın və qızı Yuliya Skripalın zəhərlənməsində zəhərləyici hərbi maddə "Noviçok"dan istifadə olunmayıb
"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyinə müsahibəsində "Noviçok" kimyəvi silahı sisteminin istehsalçılarından biri bildirib.
Qeyd edilir ki, britaniyalılar onu "A234" maddəsi ilə eyniləşdirirlər.
"KSQT-nin yüksək tərkibli zəhərli kimyəvi maddədən istifadə olunan dəlilləri sübut edir ki, bu, "Noviçok" olmayıb. Əgər britaniyalıların Skripalın evinin qapısının qulpunda tapdıqları maddə "Noviçok" olsaydı, Skripal bu qapıdan 50 metr uzaqlaşa bilməzdi", - deyə mütəxəssis bildirib.
Onun sözlərinə görə, əgər Skripalın zəhərlənməsində "Noviçok"dan istifadə olunsaydı, KSQT mütəxəssisləri müxtəlif komponentləri tapardılar. Hansılar ki, bir müddət sonra zəhərsiz maddələrlə parçalanır.
Digər xəbərlər
loading...