Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla ABŞ-ın və müttəfiqlərinin Suriyaya raket zərbələrinin endirməsini müzakirə edib
APA-nın Kremlin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, prezidentlər ABŞ və müttəfiqlərinin Suriyaya raket zərbələri endirməsi nəticəsində bu ölkədə gərginləşən vəziyyəti müzakirə ediblər. V.Putin qeyd edib ki, Qərb ölkələrinin bu cür addımları BMT Nizamnaməsini, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozur.
"Rusiya və Suriya tərəfi son hadisələr fonunda Suriyada siyasi nizamlanma prosesinin real irəliləməsinə istiqamətləndirilmiş ikitərəfli qarşılıqlı əlaqələrin fəallaşdırılmasının vacibliyini qeyd ediblər", - deyə məlumatda bildirilir.
Türkiyə mətbuatı Ərdoğanın danışıqlarda gərginliyin azaldılmasının vacibliyini qeyd edib.
Prezidentlər ikitərəfli və regional problemlər üzrə sıx təmasların davam etdirilməsinə dair razılığa gəliblər.
Digər xəbərlər
loading...