FİFA Rusiyada keçiriləcək dünya çempionatının hakimlərini irqçilik hallarının üzə çıxarılması istiqamətində təlimatlandıracaq
"Report"un məlumatına görə, ədalət təmsilçilərinə oyunu dayandırma və ya təxirə salma səlahiyyəti veriləcək.
Görüşlər zamanı hakimləri xüsusi müşahidəçilər dəstəkləyəcək. Onlar istənilən ayrı-seçkiliyə diqqət yetirəcəklər. Müşahidəçilər işə iyunun 14-də Rusiya və Səudiyyə Ərəbistanı milliləri arasında keçiriləcək açılış oyunundan başlayacaqlar.
Qeyd edək ki, dünya çempionatına iyulun 15-də yekun vurulacaq.
Digər xəbərlər
loading...