“Suriyanı bu rejimdən (Bəşşar Əsəd hakimiyyətini nəzərdə tutur – “Report”) xilas etmək lazımdır”
“Report” Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ və müttəfiqlərinin Suriyanı bombalamasını şərh edərkən deyib.
“"Rejimə qarşı müdaxilə" adı altında xalqın əleyhinə nəsə olarsa, buna qarşı çıxarıq. Bu kimyəvi silahdan istifadə etmiş bir rejimə qarşı əməliyyatdır. Bu müdaxilə çoxdan edilməli idi. Bütün razılaşmalara baxmayaraq, Şərqi Gutada dinc insanlar öldürüldü. Siyasi prosesə başlamağımız, Suriyanı bu rejimdən xilas etməyimiz lazımdır”, - Mövlud Çavuşoğlu vurğulayıb.
Digər xəbərlər
loading...