Moldova Respublikasının Baş naziri Pavel Filip Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib
Təbrik mətnində deyilir:
“Zati-aliləri.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Bu xoş fürsətdən istifadə edərək, Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında qarşılıqlı anlaşmaya və hörmətə əsaslanan ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına və möhkəmləndirilməsinə Sizin verdiyiniz əvəzsiz töhfələri bir daha vurğulamaq istərdim.
Əminəm ki, Siz Azərbaycan xalqının rifahı, habelə sülhün, təhlükəsizliyin və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi naminə milli və beynəlxalq layihələrin gerçəkləşdirilməsi yolunda səylərinizi, təcrübə və biliklərinizi bundan sonra da əsirgəməyəcəksiniz.
İcazə verin, bir daha Sizə möhkəm cansağlığı, uzun ömür, firavanlıq və ali dövləti fəaliyyətinizdə böyük uğurlar arzulayım”.
Digər xəbərlər
loading...