ABŞ Prezidenti Donald Trampın əmri ilə ABŞ, Fransa və İngiltərə ordusunun Suriyaya zərbə endirməsi məsələsinə dünyanın müxtəlif ölkələri münasibət bildirib
Axar.az xəbər verir ki, İsrail, Kanada, Avstraliya, Yaponiya, Türkiyə, Çexiya, Danimarka, Yeni Zelandiya, Qətər, Hollandiya, Almaniya, Belçika və s. ölkələr Vaşinqtonun mövqeyini doğru hesab edərək, dəstək nümayiş etdirdiklərini artıq bəyan ediblər.
Koalisiyanın Suriyanı vurmasına ən kəskin reaksiyanı isə yalnız Rusiya və İran göstərib. Bu ölkələr müxtəlif səviyyələrdə verilən bəyanatlarda Suriyanın vurulmasını ölkənin suverenliyinə qarşı təcavüz kimi qiymətləndiriblər. Rusiya və İranın etirazlarına dövlət səviyyəsində digər bir dəstəkçi hələlik yoxdur.
Xatırladaq ki, ABŞ, Fransa və Böyük Britaniya Suriya Bəşər Əsəd rejiminə məxsus hərbi obyektlərə zərbə endiriblər.
Digər xəbərlər
loading...