Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze ABŞ və müttəfiqlərinin Suriyada həyata keçirdiyi hərbi əməliyyata münasibət bildirib
APA-nın Gürcüstan bürosunun məlumatına görə, nazir “Twitter”dəki rəsmi səhifəsində raket zərblərini lazımlı və labüd adlandırıb.
“ABŞ, Fransa və Böyük Britaniyanın Suriyadakı raket zərbələri ölkədə dinc vətəndaşlara qarşı kimyəvi hücuma gərəkli cavabdır. Kimyəvi silahın istifadəsi yolverilməzdir və günahkarlar cavab verməlidirlər”, - deyə nazirin bəyanatında qeyd olunub.
Digər xəbərlər
loading...