İDDİA: Abdulla Fətdayev torpaqları qohumlarının adına keçirib, kənd qəbristanlığı zəbt olunub
Lənkəranın Göyşaban bələdiyyəsinin sədri Abdulla Fətdayevlə bağlı elektron poçtumuza məktub daxil olub. Həmin məktubu olduğu kimi dərc edirik:
"2015-ci ildə Azərbaycanda 5-ci dəfə bələdiyyə seçkiləri keçirildi və demək olarki əksər yerlərdə 5 il bundan öncə bələdiyyə seçilənlər yenidən öz şəxsi mülkləri saydıqları kürsülərində qaldılar.
Sanki bu vəzifə onlara ata-babalarından miras qalıb, uzun illər ərzində satdıqları torpaqların pulları ilə yuxarı dairələrə rüşvət verən bu insanlar yenidən "seçki yolu ilə" bələdiyyə seçildilər. Mən çox yox, Lənkəranın 4 bələdiyyəsi haqqında ayrı-ayrılıqda yazı tərtib edib sizə göndərirəm.
Lənkəran şəhəri, Göyşaban bələdiyyəsinin sədri Abdulla Fətdayevdən başlayaq.
Bu insan 3 dəfə Göyşaban bələdiyyəsinə, son 2 dəfə isə Göyşaban kəndi ilə Ürgə kəndlərinin birləşmiş bələdiyyəsinə rəhbərlik edir. Rəhbərlik edir desək yaxşı çıxmaz, bu bələdiyyənin hesabına var-dövlət yığaraq kef eləyir və rayonda kimsə ona "gözün üstə qaşın var demir".
Göyşaban kəndində bələdiyyə yaranandan bəri 500 hektardan çox ərazi yerli və gəlmə insanlara satılaraq (sotu 500-2000 manat arası) yeni-yeni məhəllələr salınıb buna sözümüz yox, insanlar yaşamaq üçün həyət yeri alıb ev tikməlidir. Məslə ondadır ki, bu insanlardan yığılan pulların hesabına bələdiyyə 20 il ərazində kənddə bir iş belə görməyib, yeni salınan məhələlər qış aylarına 2 metr suyun içində qalır, infrastruktur demək olar ki, yox səviyyəsindədir, kəndin məktəbinin, klubunun damı birinci bələdiyyə zamanında dəyişdirilib və ondan sonra istər Göyşaban məkəbi, istərsə də Ürgə məktəbi və və Ürgə klubu bərbad vəziyyətdədir. Qış aylarında uşaqlar siniflərdə çətirlə oturur və Göyşaban məktəbi üçün yeni məktb binasını tikilməsi üçün ayrılmış torpaq sahəsi də kimlərəsə satılıb və məktəb üçün yeni binanın tikilməsi üçün yer yoxdur.
Ümumiyyətlə yağışlar başlayan kimi Göyşaban kəndi 2 metr suyun aldında qalır. Bunun səbəbi bələdiyyənin xarici pasport idarəsini, regional miqrasiya idarəsinin, agır cinayətlər məhkəməsinin və bir çox başqa şəxsə verdiyi torpaqların müqabilində su ötürücü kanlların zəbt olunmasıdır. Halbuki kəndin hər iki tərəfindəm çay axır və bu kəndlərdə bir qram su qalmamalıdır.
Bu qədər torpaq satıb, var-dövlət yığan, hər evdən 20-40 manat arası torpaq vergisi alan bələdiyyənin öz binası belə yoxdur. Bələdiyyə sədri öz qohumunun adına sənədləşdirdiyi binanı bələdiyyəyə aylıq icarəyə verərək büdcədən ayda 400 azn pul silir. Amma heç Bakı şəhərinin mərkəzində o qiymətə o kiçiklikdə obyekt yoxdur.
Göyşaban və Ürgə kəndlərinin əkin torpaqları vaxtı ilə üzümçülük və tərəvəzçilik sahələr olub. Lakin bu gün bələdiyyə sədri bu torpaqların əksəriyyətin öz qohumlarının adına sənədləşdirərərək mal-qara üçün otaq sahələrinə çevirib, kəndlərdə pay torpaqlarından başqa bir metr belə torpaq əkilmir. Çünki bütün torpaqlar onun qohumlarının adına sənədləşdirlib və ya icarəyə verilib. Məsələn, Abdullayev Şayara 30 hektar (bu adama Abdulla yeznə deyir) verilib. Hüseynov Cəmilə (Abdullanin bibisi oğludu) 20 hektardan çox torpaq icarəyə verilib. İndi bu ərazi başqasının adına keçirilib, üstəlik öz ferması üçün kəndin 100 hektarlıq örüş sahəsini belə zəbt edib. Budan başqa Hökmdar və Arzuman adlı qohumları (biri dayısı nəvəsi, digəri əmisi nəvəsidir) kəndin ortasında 200 baş mal-qara üçün tövlə tikib, kəndin qəbristanlığı üçün ayrılmış torpaq sahəsini otlaq sahəsi kimi istifadə edirlər.
DYP-nin "MERO" idarəsi üçün tikilmiş yeni binasının yanında "MERO"nun müdürü Elxana 1 hektar torpağı baha qiymətə satıb. O isə həmin yerdə restoran tikib.
Bu gün Göyşaban və Ürgə kəndləri böyük təbii fəlakətlə üz-üzədir. Çünki bu kəndlərin torpaqları qumsaldır və buraların qumları bələdiyyənin xeyir-duası ilə qazılaraq satılır, burdan gələn gəlir sədrin şəxsi hesabına gedir (bu orta hesabla ildə 30-40 min manat pul deməkdir). Ən əsası 2 ildir seçilən bələdiyyə bir dəfə də olsun tam tərkibdə yığılıb iclas keçirə bilmir. Çünki bələdiyyə sədri və onun müavini Mötəməndən başqa (o da Astaraçayın Ürgə kəndində əkdiyi çəltik sahələrinə nəzarət edir) kənddə heç kəs bələdiyyənin digər üzvlərini tanımır. Əksəriyyəti müəllimlər və bankda işləyən xanımlar olduğu üçün işə gəlmirlər.
Göyşaban bələdiyyəsi son 10 ildə satdığı torpaq sahələrini heç birinə sənəd verməyib. Kəndin icra nümayəndəsi bu məsələlərə biganə yanaşır, hər şeyə göz yumur. Göyşaban və Ürgə kəndlərində 300-dən çox ailə bələdiyyədən aldığı həyətlərdə ev tiksə də, nə torpaq sənədləri, nə də ki ev tikmək üçün sənədləri var. Torpaqlar sadəcə satılıb, salınan təzə məhəllərə heç bir infrastruktur qurulmayıb".
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
MilliYol.Az
Digər xəbərlər
loading...