BMT-nin baş katibi Antoniu Quterreş ABŞ, Böyük Britaniya və Fransanın Suriyaya zərbələrini şərh edib
Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, A.Quterreş tərəfləri BMT nizamnaməsinə uyğun hərəkət etməyə çağırıb.
"ABŞ, Böyük Britaniya və Fransanın Suriyaya zərbələr endirməsi ilə bağlı xəbərləri diqqətlə izləmişəm. Xüsusilə sülh və təhlükəsizlikdən söhbət gedərkən öhdəlikləri, BMT Nizamnaməsinə və ümumilikdə beynəlxalq hüquqa uyğun hərəkət etmək zəruriliyini unutmaq olmaz", - A.Quterriş qeyd edib.
Göründüyü kimi, BMT-nin baş katibi üç ölkənin hərəkətini qınamayıb. O yalnız qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının çiynində dünyada təhlükəsizliyi təmin etmək kimi mühüm vəzifə durur.
Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp Dumada kimyəvi silahdan istifadə iddiasına cavab olaraq Suriyaya zərbələr endirilməsini əmr edib. Birləşmiş Ştatlara sonradan Böyük Britaniya və Fransa da qoşulub.
Digər xəbərlər
loading...