Rusiya prezidenti Vladimir Putinin gəlirləri 2017-ci ilin yekunlarına görə, (ötən illə müqayisədə) 10 milyon rubl artaraq, 18,7 milyon rubla çatıb
Oxu.Az xəbər verir ki, bu barədə Kremlin saytında dərc olunan gəlir bəyannamələrində qeyd olunur.
Maraqlıdır ki, Putinin hər il bəyannaməyə daxil etdiyi 1500 kvadrat metrlik torpaq sahəsi bu dəfə daşınmaz əmlaklarının siyahısından çıxarılıb. Digər daşınmaz əmlak obyektləri, 77 və153 kvadrat metrlik mənzilləri və 18 kvadrat metrlik qarajı olduğu kimi qalıb.
Rusiya prezidentinin daşınar əmlaklarına gəlincə onun mülkiyyətində iki ədəd “QAZ M-21”, bir ədəd “Niva” markalı avtomobil və “Skif” markalı qoşqu var.
Baş nazir Dmitriy Medvedevə gəlincə onun 2017-ci ilə olan gəlirləri 8,5 milyon rubl göstərilib. Bu 2016-cı illə müqayisədə 21 min rubl az olub.
Digər xəbərlər
loading...