Rusiya sahibkarına ABŞ vətəndaşlarını işə qəbul etmək qadağan oluna bilər
Rusiya mətbuatı yazır ki, bu təkliflə Rusiyanın Dövlət Dumasının deputatları çıxış ediblər.
Onlar buna əsas kimi rəsmi Vaşinqtonun Moskva əleyhinə siyasət yürütməsini göstəriblər.
Qadağa yüksək ixtisaslı mütəxəssisləri əhatə edə bilər. Duma üzvləri hesab edir ki, bu cür tədbir rusların hüquqlarını və azadlığını, eləcə də Rusiyanın maraqlarını və təhlükəsizliyini qorumaq üçün vacibdir.
Rusiyanın Federasiya Şurasının büdcə üzrə Komitəsinin sədri Sergey Ryabuxin isə bəyan edir ki, ABŞ-ın antirusiya siyasətinə cavab olaraq "Boeing" korporasiyasında titan satılması dayandırıla bilər: "ABŞ antirusiya siyasəti ilə bağlı qanun qəbul etsə, Rusiya bu ölkəni titanla təmin etməkdən imtina edəcək. Titan isə "Boeing" təyyarələrinin istehsalı üçün olduqca vacibdir".
Xatırladaq ki, Federasiya Şurasının spikeri Valentina Matviyenko bildirib ki, Rusiya ABŞ-ın siyasətini həzm etmək niyyətində deyil. (virtualaz.org)
Digər xəbərlər
loading...