Rusiyanın Kalininqrad şəhərində Ka-29 tipli hərbi təyyarə test uçuşu zamanı Baltik dənizinə düşüb və 2 pilot həlak olub
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, qəzaya uğrayan təyyarə Baltik dənizi üzərində gecə uçuşu həyata keçirirmiş.
Rusiya mediasında hadisənin səbəbinin hələ bilinmədiyi, lakin pilotların hər ikisinin öldüyü qeyd edib.
Qeyd edək ki, test uçuşunun normal hava şəraitində həyata keçirildiyi xüsusilə vurğulanıb.
Onu da bildirək ki, Ka-29 hərbi təyyarəsi 1980-ci illərdə Rus Kamov bürosu tərəfindən hazırlanıb, hərbi gəmilərə eniş-çıxışı asanlaşdırmaq və yük daşımaq məqsədi ilə yaradılıb.
MilliYol.Az
Digər xəbərlər
loading...