Bakı Ağır Cinayətlər Məhkəməsində "Muğanbank" ASC-nin külli miqdarda dələduzluqda təqsirləndirilən Nəsimi filialının kredit üzrə mütəxəssisi Novruz Vəliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb
Virtualaz.org-un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə N.Vəliyev 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, N.Vəliyev tanışları - Kənan Nağıyev və Cavad Cavadov etibarından sui-istifadə edərək, "Forex" maliyyə birjasına bank kartı vasitəsilə mədaxil edib dövriyyəyə buraxmaqla hər ayın tamamında onlara qazanc vəd verərək aldatmaqda, bu yolla hər həmin şəxslərdən ümumilikdə 332 min 200 manat məbləğində vəsaitini ələ keçirməkdə ittiham olunur.
İş üzrə zərərçəkmiş şəxs qismində "Muğanbank" ASC-nin Nəsimi filialının müdiri Natiq Teymurov tanınıb. N.Vəliyev Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilib və barəsində həbs qətimkan tədbiri seçilib. N.Vəliyev məhkəmədə özünü qismən təqsirli bilib. O, zərərçəkmiş şəxslərə vurulan ziyanın bir qismini ödədiyini söyləyib.
MilliYol.Az
Digər xəbərlər
loading...