«AzPolitika.info» xarici KİV-ə istinadla xəbər verir ki, İtaliya Suriyaya qarşı hərbi əməliyyatlarda iştirak etməyəcək, amma öz müttəfiqlərinə logistik dəstək verəcək
Bu barədə «Agenzia Nova» iformasiya agentliyi Baş nazir Paolo Gentiloninin ofisindəki mənbəyə istinadla xəbər verib.
Hökumət başçısı «Suriya böhranı barədə » silsilə telefon danışıqları zamanı həmsöhbətlərinə deyib: «İtaliya, Suriyada hərbi əməliyyatlarda iştirak etməyəcək. Beynəlxalq sazişlərə və ikitərəfli müqavilələrə uyğun olaraq, İtaliya müdafiə və təhlükəsizliyi təmin etmək məqsədiilə, öz müttəfiqlərinin fəaliyyətinə logistik dəstək verəcək».
Baş nazirin həmsöhbətləri arasında Almaniyanın kansleri Angela Merkel də olub. Danışığın gedişində Centiloni Suriyada insan haqlarının pozulmasını və ehtimal olunun «kimyəvi hücum»u sərt ittiham edib
MilliYol.Az
Digər xəbərlər
loading...