Azərbaycanın tanınmış aparıcısı Azər Zahid keçmiş həyat yoldaşı Vüsalə Əlizadə haqqında paylaşım edib
Musavat.com xəbər verir ki, bir müddət öncə də Vüsalə barədə paylaşım edən aparıcı onun ünvanına təriflər yağdırıb: “Əvvəldən xəbərdarlıq edim, bu şəkli paylaşıram, boş fikirlər yazmayın - kim kiminsə üçün darıxır, ay, nə bilim, sevir, peşmandır! Sadəcə, hörmət edin fikirlərinizə! İnternetdə min ədəd belə şəkillər var! Sadəcə arxivdən tapdım, paylaşdım. Hə, bir də övladımın anasıdır, yazılara diqqət edin, fotoya hörmətlə yanaşın! “Layk”lara görə təşəkkür edirəm. Bəyənin ki, bəyəniləsiniz. Vüsalə Əlizadə, gör hansı şəkli tapmışam?”
Azərin bu addımı birmənalı qarşılanmayıb. Onlar aparıcının ikinci xanımının bu hərəkəti normal qarşılamayacağını bildiriblər.
Qeyd ki, cütlük 2013-cü ildə qalmaqallı bir şəkildə ayrılıb. Onların bu nikahdan Dilək adlı qızı var. Azər 2016-cı ildə ikinci dəfə ailə qurub. Onun Vüsalə haqqında paylaşımları isə ikinci xanımı ilə ayrılması və aparıcı ilə barışmaq istədiyi xəbərlərinin yayılmasına səbəb olub.
MilliYol.Az
Digər xəbərlər
loading...