Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin məhkəməsi başlayıb.
Lent.az-ın məlumatına görə, Cahagir Hacıyev məhkəməyə gətirilib. Prosesdə Cahangir Hacıyevin bacısı Əminə Haciyeva və yaxın qohumları iştirak edib.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəsxlərin anket məlumatları dəqiqləşdirilib. Daha sonra prosesin təxirə salındığı elan olunub.
Buna səbəb təqsirləndirilən İbrahim Hüseynovun vəkili məhkəməyə gəlməməməsi olub.
Proses avqustun 17-nə təxirə salınıb.
Cahangir Hacıyevin bacısı Əminə Haciyeva
MilliYol.Az
Digər xəbərlər
loading...