Pakistanlı müğəni 24 yaşlı Simon Samun səhnədə güllələnib
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb 6 aylıq hamilə olan müğənninin səhnədə oturaraq mahnı ifa etməsi olub.
Belə ki, hamilə olduğundan ayaq üstə dayanmağa çətinlik çəkən Simon konsertə dəvəti o şərtlə qəbul edib ki, oturaraq oxuyacaq. Bu isə izləyiciləri qəzəbləndirib və onlar ifaçının ayağa qalxmasını, hətta rəqs etməsini istəyiblər.
Lakin Simon onların tələbinə məhəl qoymayıb. Sonra səhnəyə 3 kişi qalxıb və onun başından pul töküblər. Bu zaman ayağa qalxan Samuna zaldan kimsə atəş açıb.
Sənətçi dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Simonun ölümdə şübhəli bilinən Tarik Əhməd Cata adlı şəxs tutulub. Onun içkili olduğu bildirilir. Müğənninin həyat yoldaşı Aşiq Əli isə qatilin ikiqat cəzalanmasını tələb edir.
Digər xəbərlər
loading...