Mağazadan ödəniş aparatı oğurlayan dəstənin məhkəməsi keçirilib
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Cavid İsayev, Xəzər Hüseyov və Şahin Əlizdənin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən Cavid İsayev 3 il, Xəzər Hüseynov 2 il 6 ay və Şahin Əlizadə isə 4 il müddətinə azadlıqdan məhrum ediliblər.
X.Hüseynovla Ş.Əlizdə ev dustaqlığında olub. Məhkəmə onlar barəsindəki qərarı dəyişərək məhkəmə zalından həbs edib.
İttiham aktına əsasən, C.İsayev, X.Hüseyov və Ş.Əlizdə Bakının Binəqədi rayonu ərazisində yerləşən marketlərin birində olan "Milliön" ödəmə terninalını yarıb və içərisindən 200 manatdan artıq pulu oğurlayıblar.
Onlar izi itirmək üçün marketin təhlükəsizlik kamerasının yaddaş kartını da çıxarıblar. Amma yolda itiriblər. Daha sonra həmin şəxslər hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb.
İstintaq dövründə bu şəxslərdən yalnız C.İsayevin barəsində həbs qətimkan tədbiri seçilib.
MilliYol.Az
Digər xəbərlər
loading...